!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məkkədə leysan: Ölənlər var

!Reklam – Yazi

Dünəndən Səudiyyə Ərəbistanının Ciddə şəhərində güclü yağışlar başlayıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, leysan yağışlar nəticəsində iki nəfər ölüb.

Səudiyyə Ərəbistanı Milli Meteorologiya Mərkəzinin məlumatına görə, 3 illik yağıntının 6 saata düşdüyü bildirilib. Ən çox yağıntı Ciddə vilayətinin dənizkənarı ərazilərinə düşüb. Güclü yağışlar tufan külək və dolu ilə müşayiət olunub.

Yerli hakimiyyət Məkkəni Ciddə ilə birləşdirən magistral yolu bağlayıb. Yağış səbəbindən təhsil ocaqları da bağlanıb. Şəhərin qərb sahilində yerləşən Kral Əbdüləziz Beynəlxalq Hava Limanında uçuşların əksəriyyətini ləğv olunub.

Əhaliyə zərurət olmadıqca evdən çıxmamaları tapşırılıb.

Məkkə və Mədinədə də güclü yağış və külək xəbərdarlığı edilib.

www.yenicag.az

345
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv