Məkkədə ölənlərin sayı 107-yə çatdı

40012Məkkədə baş vermiş insidentdə zərərçəkənlər arasında Azərbaycan Respublikası vətəndaşlarının olması Səudiyyə Ərəbistanındakı səfirliyimiz tərəfindən bu ölkənin rəsmi dövlət qurumları ilə araşdırılır.

Bunu Trend-ə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Məscidül-Həram”ın genişləndirilməsi işləri zamanı qaldırıcı kranın aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər xasarət alıb.

Trend-in “Əl-Cəzirə”-yə istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistan mülki müdafiə rəsmisi bildirib.

Bundan əvvəl 87 nəfərin öldüyü, 183 nəfərin xasarət aldığı bildirilirdi.

Hazırda xilasedicilər və təcili tibbi yardım briqadası hadisə yerindədirlər.