Səudiyyə Ərəbistanı təhlükəsizlik xidməti Məkkə şəhərində Əl-Haram məscidində planlaşdırılan terror aktlarının qarşısını alıb.
Yenicag.az-ın məlumatına görə, terror aktına hazırlaşanlardan biri yaşayış binasında gizlənərək təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərib və sonra özünü partladıb.
Partlayış nəticəsində 11 nəfər yaralanıb, onlardan 6 əcnəbi və 5 hüquq-mühafizə orqanlarının əməkdaşıdır.
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyin rəsmi nümayəndəsinin verdiyi məlumata görə terrorçular ölkə ərazisində 3 yerdə eyni zamanda silsilə hücumlar həyata keçirməyi planlaşdırırdılar.
Əməliyyat nəticəsində təhlükəsizlik xidməti tərəfindən bir qadın və 4 kişi saxlanılıb.