Meksika prezidenti Andres Manuel Lopez Obrador ölkənin xarici işlər naziri Alisiya Barsenaya Ekvadorla diplomatik münasibətləri dayandırmağı tapşırıb.
Yenicag.az xəbər verir ki, bu barədə o “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.
Onun sözlərinə görə, Ekvador polisi Meksika səfirliyinə soxulub və onların keçmiş vitse-prezidentini nəzarətə götürüb.
“Bu, beynəlxalq hüququn və Meksikanın suverenliyinin kobud şəkildə pozulmasıdır, buna görə mən xarici işlər nazirimizə bu avtoritar faktla bağlı kommünike yaymağı, qanuni şəkildə hərəkət etməyi və Ekvador hökuməti ilə diplomatik münasibətlərin dayandırıldığını dərhal elan etməyi tapşırdım”, – Obrador açıqlamasında bildirib.