Meksika metrosunda partlayış

Meksikanın paytaxtı Mexiko şəhərində metronun Çabakano stansiyasında partlayış baş verib.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Partlayışa elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.