Meksika metrosunda qatarlar toqquşdu – Ölən və yaralananlar var

Meksika metrosunda iki qatar toqquşub.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik naziri məlumat yayıb.

Məlumata görə, hadisə zamanı bir nəfər ölüb, 23 nəfər yaralanıb.

Qəza səbəbindən metronun fəaliyyəti dayandırılıb.