Meksika prezidentinin təyyarəsinin taleyi bəlli oldu – FOTO

Meksika prezidenti Andres Manuel Lopes Obradora məxsus dəbdəbəli Boeing 787 Dreamliner təyyarəsinin taleyi bəlli olub.

Yenicag.az xəbər verir ki, vəzifəyə başlayarkən prezidentliyə məxsus lüks təyyarəni satacağına söz verən, lakin alıcı tapa bilməyən Meksika prezidenti təyyarə şadlıq sarayına çevirələcəyini bildirib.

Belə ki, ilkin qiymət olaraq təyyarəyə 131 milyon dollar istənilib. Lakin təyyarənin qiyməti aşağı salınmadığından lüks təyyarə satılmayıb və potensial alıcılar gedib.

Bundan sonra toy, ad günü kimi tədbirlər üçün təyyarənin icarəyə götürülməsinə qərar verilib.

Razılaşmaya əsasən, təyyarə Santa Lusiyadakı Mexiko hava limanında saxlanılıb.

COP29