Meksika sahillərində güclü zəlzələ

Meksika sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın Meksika Milli Seysmoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kabo-San-Lukas şəhərindən (Cənubi Aşağı Kaliforniya ştatı) 275 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.