Meksikada 149 ton narkotik maddə məhv edildi

0dbf2eb4e53dcc16f32c4d542f38efd0Meksikanın Nayarit ştatında 149 ton narkotik maddə məhv edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin təhlükəsizlik üzrə milli Komissiyasından bildirilib.

Məlumata əsasən, böyük ərazini əhatə edən marixuana plantasiyaları Rosa-Blanka şəhəri yaxınlığında aşkar edilib. Müsadirə olunaraq yandırılmış marixuanının çəkisi 149 ton təşkil edib.

Bu, son illərdə Meksikada məhv edilən ən böyük narkotik maddə partiyasıdır.