Meksikada baş verən 7,1 bal gücündə zəlzələ nəticəsindəki insan tələfatı ilə bağlı ölkədə üçgünlük matəm elan edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Meksika prezidentinin administrasiya rəhbəri məlumat verib.
Son məlumatlara görə, zəlzələ nəticəsində 225 nəfər həlak olub, 40-dan artıq bina dağılıb.