Meksikada başı kəsilmiş 7 nəfərin cəsədi aşkarlanıb

Meksikada başı kəsilmiş 7 nəfərin meyiti aşkarlanıb.

Bu barədə Yeniçağ.Az “Report”-a istinadən xəbər verir.

Meksikanın Kolima ştatının baş prokurorluğundan verilən məlumata görə, cəsədlər Kolima ştatının Mansanilo kurort, port şəhərində tapılıb.

Cəsədlər bir neçə saat əvvəl qaçırılmış taksi maşınında aşkarlanıb. Avtomobil Mansanilyodakı yola atılıb.

Cəsədlərdən biri qadın, beşi kişiyə məxsusdur.

Qətlin narkomafiya qruplarından biri tərəfindən həyata keçirildiyi ehtimal olunur.

Yeniçağ.Az

COP29