Meksikada boru kəmərində partlayış: 66 ölü, 76 yaralı – Yeniləndi

Meksikada boru kəmərində partlayış baş verib.

Yenicag.az-ın məlumatına görə, İdalqo ştatının qubernatoru Omar Fayad bildirib ki, azı 350 yerli sakin neft kəmərində yaranan sızma yerindən yanacaq doldurmaq üçün ətrafa toplanıb. Daha sonra neft kəmərində partlayış baş verib.

Hadisə nəticəsində azı 20 nəfər həlak olub, 54 nəfəri isə yaralanıb.

***

Meksikanın İdalgo ştatında boru kəmərində baş verən partlayış nəticəsində ölənlərin sayı 66-ya çatıb.

Hadisə nəticəsində 76 nəfər xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağır.

COP29