Meksikada cinayətkarlarla polis arasında toqquşma – 16 ölü

Meksikada cinayətkarlarla polis arasında qarşıdurma yaranıb.

Yenicag.az xəbər verir ki, insident ölkənin Gerrero ştatında qeydə alınıb. Toqquşmalar zamanı 16 nəfər ölüb.

Cinayətkarların konvoya hücumu nəticəsində 6 polis əməkdaşı həyatını itirib. Atışma nəticəsində 10 şübhəli şəxs öldürülüb.