Meksikada partlayış – Ölənlərin sayı 125-ə çatdı

Meksikada boru kəmərində baş verən partlayış nəticəsində həlak olanların sayı 125-ə çatıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Ölənlərdən 68-i dərhal hadisə yerində, digərləri isə xəstəxanalarda həlak olub.

Xatırladaq ki, yanvarın 18-də İdalqo ştatının Tlauelilpan rayonunda icazəsiz qoşulmalara görə yaranan yanacaq sızması nəticəsində partlayış baş verib.