Meksikada üç günlük matəm elan edildi

Meksikad üç günlük matəm elan edildi.

Yenicag.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ölkə prezidenti Enrike Penya Nyeto cümə günü televiziyada yayımlanan çıxışında elan edib.

О, həmçinin hökümətin bərpa işlərinə yardım edəcəyinə söz verib.

Qeyd edək ki, 8,2 bal gücündə zəlzələ cümə axşamı Meksikanın cənubunda, Tonala şəhərindən 100 kilometr uzaqlıqda Sakit Okean sahilində baş verib.

Son məlumata görə, baş verən zəlzələ nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb. Əksər əyalətlərdə əhali evsiz-eşiksiz, işıqsız qalıb.

COP29