Meksikada zibil torbalarında 5 cəsəd tapıldı

Meksikanın Gerrero əyalətinin Akapulko şəhərinin şimalındakı bir qəsəbədə torbalarda 5 cəsəd tapılıb.

Yenicag.az xəbər verir ki, Meksika mediası “edam olunanların meyitlərinin parçalanaraq torbalara qoyulduğunu” yazıb.

Şəhər prokurorluğu hadisə ilə bağlı istintaq başlatsa da, mövzu ilə bağlı məlumat paylaşmayıb.