Solçu qüvvələrin koalisiyasından irəli sürülən namizəd Andres Manuel Lopez Obrador Meksikada keçirilən prezident seçkilərində səsvermənin rəsmi nəticələrinin elan olunmasından əvvəl de-fakto qələbə qazanıb.
Yenicag.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, o, səslərin 46,9%-ni qazanaraq prezident seçilib. Onun ən yaxın rəqibi, digər koalisiyadan olan namizəd Rikardo Anaya, 26.95% səslə ikinci olub. Üçüncü və dördüncü yerləri müvafiq olaraq 17,44% və 5.94% Xose Antonio Mid və Xaime Rodrigez Kalderon tutub.