Hindistanda dəmir yol keçidində məktəb avtobusu qatarla toqquşub.
Yenicag.az bildirir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Dəhşətli qəzada ən azı 11 məktəbli həlak olub, daha 8 nəfər isə yaralanıb.
Nəşrin məlumatına görə, toqquşma uşaqlarla dolu avtobus sürücüsünün tənzimlənməyən dəmir yol keçidində gözləmədən hərəkət etdiyi üçün baş verib.
Hal-hazırda hadisənin detalları aydınlaşdırılır.
Zaur H.