!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəb bufetlərində hansı qidaların satışı QADAĞANDIR? - SİYAHI

!Reklam – Yazi

Paytaxtdakı ümumi təhsil müəssisələrində iaşə xidmətinin təşkilində müvafiq qaydaların tələbləri əsas götürülməklə, məktəbyaşlı uşaqların qidalanma təhlükəsizliyi və məktəbə olan inamın möhkəmləndirilməsi əsas amil kimi diqqət mərkəzindədir.

Yenicag.az xəbər verir ki, bu barədə Lent.az -ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən bildirilib ki, təhsil müəssisələrində iaşə xidməti Nazirlər Kabinetinin “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili qaydası və normalarının təsdiq edilməsi haqqında” qərarına, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə Dövlət Standartı”na və “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinin təsdiq edilməsi haqqında” qərarına uyğun norma və qaydalara əsasən aparılır və daim nəzarətdə saxlanılır.

Ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsullar isə bunlardır:

1. İstifadə müddəti bitmiş və aşağı keyfiyyətli qida məhsulu,

2. Bir gün əvvəl hazırlanmış qida,

3. Xarab olma əlamətləri ilə meyvə-tərəvəz məhsulları,

4. Baytarlıq nəzarətindən keçməmiş kənd təsərrüfatı heyvanlarının, balıqların və kənd təsərrüfatı quşlarının bütün növlərinin əti, içalat məhsulları,

5. İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla),

6. İçalatı təmizlənməmiş quş,

7. Vəhşi heyvanların əti,

8. Suda üzən quşların yumurtası və əti,

9. Qabığı çirklənmiş yumurta və həmçinin salmonellyoza görə qeyri-sağlam təsərrüfatdan olan yumurta,

10. Germetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər,

11. Termiki emala məruz qalmayan yaşıl noxud,

12. Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar,

13. Ev şəraitində hazırlanmış istənilən qida məhsulu və konservlər,

14. Kremli şirniyyat məmulatları (piroq və tortlar),

16. Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama,

17. Ev şəraitində hazırlanmış qatıq,

18. Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları),

19. Termiki emala məruz qalmayan içkilər və morslar, kvas,

20. Kənd təsərrüfatı heyvanlarının xəstəliyinə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd,

21. Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq,

22. Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər,

23. Sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər (kəskin) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar,

24. İstiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr,

25. Təbii kofe, alkoqollu, energetik içkilər,

26. Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar,

27. Qazlaşdırılmış içkilər,

28. Bitki yağları əsasında süd məhsulları və dondurma,

29. Saqqız, çipslər,

30. Tərkibində etalon olan (0,5 faizdən artıq) qımız və turş süd məhsulları,

31. Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərinə şirə tökülmüş ətli və balıqlı yeməklər,

32. Yumurtalı makaronlar, qayğanaq,

33. Çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroqlar və ponçiklər.

www.yenicag.az

3603
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv