Məktəb direktoru qəzaya düşdü

Qaxda məktəb direktoru qəzaya düşüb.

Hadisə aprelin 6-ı axşam saatlarında Qax şəhəri, İsmayıl Dağıstanlı küçəsində baş verib. Qax şəhər sakini, 1957-ci il təvəllüdlü Soltan Kazım oğlu Hacıyev idarə etdiyi “VAZ 21011” markalı 34-BC-703 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən, hərəkətdə olan digər minik avtomobili ilə toqquşub. Qəzadan sonra “VAZ-21011”-in sürücüsü Soltan Hacıyev və digər avtomobildə olan sərnişin, Qax sakini 1974-cü il təvəllüdlü Könül İmamzəddin qızı Məmmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX ) çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, xəstəxanaya daxil olan Soltan Hacıyevə döş qəfəsinin küt travması, Könül Məmmədovaya isə açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Qeyd edək ki, qəzaya düşən sürücü Soltan Hacıyev Qax şəhər 4 saylı tam orta məktəbin direktorudur.

Faktla bağlı Qax rayon polis şöbəsində araşdırma aparılır.(APA)

Yeniçağ.az