Reklam: High Technic
hightechnic

Məktəbdə atışma: 8 ölü

ABŞ-ın Texas ştatında məktəbdə atışma baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Santa-Fe şəhərində orta məktəblərin birində qeydə alınıb.

Məktəbdən verilən məlumata görə, insident səhər saatlarında silahlı şəxsin məktəbdə atəş açması ilə baş verib. Atışma nəticəsində azı 8 nəfər ölüb.

İlkin ehtimala görə, hadisəni törədən şəxs məktəbin şagirdidir. O, artıq saxlanılıb.

Ölən və yaralananların, eləcə də atəş açanın şəxsiyyəti barədə əlavə məlumat verilmir.

www.yenicag.az

563