!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəbdə doğdu, uşağı çantada gizlətdi

!Reklam – Yazi

Başqırdıstan Respublikasının paytaxtı olan Rusiyanın Ufa şəhərində 40 yaşlı müəllimə çalışdığı məktəbdə uşaq dünyaya gətirib.

Yenicag.az yerli mətbuata istinadən xəbər verir ki, sözügedən hadisənin daha bir maraqlı cəhəti qadının uşağını dünyaya gətirdikdən sonra onu çantasında gizlətməsi olub.

Qeyd olunur ki, hamiləliyinin yeddinci ayında olan müəllimə uşaqdan xilas olmaq üçün müxtəlif həblər qəbul edib. Lakin onun sancıları gözlədiyindən də tez, elə çalışdığı təhsil müəssisəsində olarkən başlayıb. Qadın uşaqdan xilas olduqdan sonra onu çantasında gizlədib. Lakin etdiyini gizli saxlamaq mümkün olmayıb. Getdikcə halı pisləşən qadın huşsuz halda xəstəxanaya çatdırılıb. Həkimlər vəziyyəti aydınlaşdırdıqdan sonra uşağın axtarışlarına başlanılıb. Yeddi aylıq döl cansız halda ananın çantasından tapılıb.

Hadisə ilə bağlı rəsmi orqanların apardığı araşdırmalar nəticəsində məlum olub ki, qadın üç uşaq anası olsa da, evli deyil. Dördüncü uşağını bilərəkdən tələf edən müəllimə geridə qalan yeddi ay ərzində heç bir ginekoloq yanına getməyib və qeydiyyata da düşməyib.

www.yenicag.az

7043
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv