Məktəbdə qanlı olay: şagirdlərin gözü qarşısında ər arvadını bıçaqladı

bichaqlaqetl1111Bakının Xəzər rayonunda cinayət hadisəsi baş verib.

Hadisə Binə qəsəbəsində S.Abbasov adına 117 nömrəli orta məktəbin həyətində baş verib. Dəmirova Ruziyyə keçmiş yoldaşı tərəfindən məktəb şagirdlərinin gözü qarşısında bıçaqlanıb.

Xoşbəxtlikdən R.Dəmirovanın həyatını xilas etmək mümkün olub.

117 nömrəli məktəbdən isə AzNews.az –a hadisəni təsdiq etsələr də, cinayətin sözügedən təhsil ocağından kənarda baş verdiyini bildirdilər. Məktəbdən verilən məlumata görə, hadisə ilə bağlı Xəzər Rayonu Polis İdarəsinin 2-ci Polis Bölməsində cinayət işi açılıb.

Xəzər Rayonu Polis İdarəsinin 2-ci Polis bölməsindən isə verilən məlumata görə, R.Dəmirovanı bıçaqlayan keçmiş həyat yoldaşı həbs olunub. Bölmədən onu da əlavə ediblər ki, hazırda iş Xəzər rayonunun Polis Bölməsinin İstintaq İdarəsindədir.

APA-nın məlumatına görə, Ruziyyə Dəmirova həyat yoldaşından boşanandan sonra keçmiş əri iki azyaşlı oğlunu öz yanında saxlayıb. Ruziyyə Dəmirova da məktəbdə oxuyan uşaqlarını görmək üçün dərs vaxtının sonunda məktəbə gedib. Bu zaman uşaqların atası da məktəbə gəlib. Ruziyyənin uşaqlarla söhbət etməsini görən keçmiş əri bıçaqla ona hücum edib. Keçmiş ər uşaqlarının gözü qarşısında Ruziyyə Dəmirovanı bıçaqlayıb.