Məktəbdə şagirdin bıçaqlanması ilə bağlı – Rəsmi açıqlama

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakının Binəqədi rayonunun 217 saylı məktəbinin həyətində şagirdin bıçaqlanması ilə bağlı rəsmi məlumat yayıb.

İdarədən bildirilib ki, fevralın 3-də səhər saat 8 radələrində dərs başlamamışdan əvvəl məktəbin həyətində IX sinif şagirdi N.Musayev onunla eyni sinifdə oxuyan E.Əmənova bıçaqla xəsarət yetirib. Məktəbdən təcili-tibbi yardıma müraciət olunub və E.Əmənov xəstəxanaya aparılıb. Hadisəni törədən N.Musayev isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.

İdarədən əlavə edilib ki, məktəbdən hər iki şagirdin təlim nəticələrinin, dərsə davamiyyətinin və davranışının normal olduğu bildirilib.

Yenicag.az