Məktəbdə silah-sursat tapıldı – Bakıda

122991_res_01Binəqədi rayonunda yerləşən orta məktəbədn çoxlu silah-sursat tapılıb.

Silahlar təmir işləri zamanı aşkarlanıb və bu barədə 102 xidmətinə məlumat verilib.

Biləcəri qəsəbəsi, Natəvan küçəsində yerləşən 300 saylı orta məktəbdə aparılan təmir işləri zamanı 101 ədəd patron, 2 ədəd F-1, 1 ədəd RQD-5, 3 ədəd RQ-42 əl qumbaraları, 7 ədəd avtomat darağı, 1 ədəd DP-1 V rentgen ölçən aparat, 2 dəst DP-21 B fərdi dozimetr aparatı, 1 dəst DP-11 B səhra rentgen ölçən aparatı, 2 ədəd TAL-43 səhra telefon aparatı, 1 ədəd DP-5 A dozimetri, 1 ədəd elektron lazer tir tüfəngi və 2 ədad MOSİN tüfənginin maketi aşkar edilərək götürülüb.(Qafqazinfo)