Məktəbdə yanğın: 700 nəfər təxliyə edilib

Bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinin cənubunda orta məktəbdə yanğın olub.

Hadisə nəticəsində 700 nəfər təxliyə edilib.

Təxliyə olunanların 630-u şagird, 70-i isə məktəbin işçisidir.

Xəsarət alan yoxdur. Yanğın söndürülüb.

Yeniçağ.az