162 nömrəli tam orta məktəbin 8 ç sinfində 3 şagirdin COVID-19 infeksiyasına yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.
Bu barədə Yenicag.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, məktəbdə əyani təhsil davam edir.