!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəbdən imtinanın MÜQƏSSİRİ kimdir? - "Valideyn, şagird, yoxsa...." - Çıxış yolu ilə bağlı ekspertdən TƏKLİF

!Reklam – Yazi

“Şagirdlərin bacarıqlarına uyğun müxtəlif praktiki kurslarına yönləndirilməsinə və ya peşə kurslarında özlərini kəşf etdirməsinə şərait yaradılmalıdır”.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2009-cu ildə 1-ci sinfə daxil olan şagirdlərin sayı 118 435 nəfər olub. Ötənilki məzunlar sayılan həmin şagirdlərin 7,1%- i ümumi orta təhsil almayıb. Ümumilikdə 54%-i əmək bazarına heç bir peşə və ixtisas üzrə təhsil almadan çıxacaq.

Mövzu ilə bağlı təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, gələcəkdə savadlı kadr çatışmazlığı ilə üzləşməmək üçün şagirdlərin öz təhsilini yarımçıq qoymasına şərait yaradan problemlər həll edilməlidir:

“Əsasən valideynlər övladlarının yaxşı gələcəyə sahib olması üçün onların təhsilinə önəm verirlər. Əksər valideynlərin ali təhsili olmasa da, övladlarının ali təhsilli və işinin peşəkarı olmasını arzulayır. Hətta buna görə maddi imkanı zəif olan valideynlər övladının təhsili üçün borc tapır və kreditə üz tuturlar. Təəssüf ki, bəzi hallarda maddi və digər səbəblərdən dolayı şagirdlər təhsildən uzaqlaşdırılır. Bu şagirdlərin əksəriyyəti 9-cu sinifdən sonra məktəbə getmir. Bu kimi hallarda əsas günahkar valideynlər olur. Nəticədə həmin şagirdlər əmək bazarına yararlı vətəndaş olmamaqla yanaşı, öz qabiliyyət və bacarıqlarını da unudurlar. Bu problemin qarşısını birlikdə almalıyıq. Əks halda indiki kimi statistik göstəricilər heç də ürəkaçan olmayacaq. Dərsləri qavraya bilməyən və ya verilən tapşırıqları həll etməkdə çətinlik çəkən şagirdlərin istəklərinə və qabiliyyətlərinə uyğun peşənin seçilməsi məqsədəuyğundur”.

Gülşən Şərif

www.yenicag.az

596
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv