Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Avqustun 18-dən dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start verilir. 

Bu barədə Yenicag.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemindən övladının şəxsiyyət vəsiqəsi ilə elektron qeydiyyatdan keçə bilər. Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqustun 20-dən başlanılacaq.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.