Məktəbəhazırlıq qruplarında tədris prosesinin başlayacağı tarix açıqlandı

2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris prosesi oktyabrın 3-də başlayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.