Son 3 ayda məktəbəqədər təhsil müəssisələrinə 282 tərbiyəçi-müəllim işə qəbul olub.
Bu barədə Yenicag.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Xatırladaq ki, tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.