!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəblərdə bitməyən XOŞAGƏLMƏZ HALLAR: "Yeni nizamnamə qəbul olunmalıdır"

!Reklam – Yazi

“Təəssüf ki, bu gün ümumtəhsil müəssisələrinin fərdi nizamnaməsi mövcud deyil”.

Bu sözləri “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə müəllimlərin, şagirdlərin və valideynlərin hüquq və vəzifələrinə dair daxil olan müəyyən müddəaların şagird-müəllim münasibətlərindəki gərginliyə mümkün təsirlərini dəyərləndirən təhsil eksperti Elşən Qafarov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ümumtəhsil müəssisələrindəki neqativ halların qarşısını almaq üçün yeni nizamnamənin qəbul edilməsinə ehtiyac var:

“İstər “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”, istərsə də “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə təhsilalanların, valideynlərin və təhsilverənlərin hüquq və vəzifələri öz əksini tapıb. 2009-cu ildə qəbul olunan “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 1.3-cü bəndində bildirilir ki, bu nizamnamə hər bir ümumtəhsil məktəbi üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur. Təəssüf ki, bu gün ümumtəhsil müəssisələrinin fərdi nizamnaməsi mövcud deyil. Bu nizamnamənin olmaması ümumtəhsil müəssisələrinin idarə olunmasında ciddi boşluqlar yaradır. Bu baxımdan mütləq şəkildə təhsil müəssisələrinin nizamnaməsi tərtib olunmalı və dövlət səviyyəsində qəbul edilməlidir. Məktəbdə təhsilverən və təhsilalanların bütün fəaliyyəti həmin nizamnaməyə uyğun olaraq müəyyən olunmalıdır. Bu halda məktəblərdə sistemli idarəetməni qurmaq mümkün olacaq. Eyni zamanda bu gün məktəblərdə yaşanan neqativ hallar, idarəetmədə mövcud olan boşluqlar aradan qalxacaq.

Hazırkı “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə də müəyyən boşluqlar var. Bu nizamnamədə bir-birini təkrarlayan 21 səhv mövcuddur. İndiki qaydaların əksəriyyəti Rusiyadan yarımçıq şəkildə təcrid olunub. Ona görə də müasir standartlara uyğun hüquqi normativlər hazırlanmalıdır. Əks halda ümumtəhsil məktəblərindəki nizamsızlıq davam edəcək. Yeni nizamnamə qəbul olunarkən təhsil mütəxəssislərinin rəyinə üstünlük verilməlidir”.

Gülşən Şərif

www.yenicag.az

473
Ads
www.veteninfo.com
!Reklam – Arxiv