Məktəblərdə bu fəaliyyətlərə izn verilməyəcək

Təhsil müəssisəsində şəxsi gigiyena qaydalarına əməl edilməsi və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri olan vasitələrin yetərli qədər olması təmin edilməlidir. Təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsinə yol verilməyəcək.

Yenicag.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə qərarında öz əksini tapıb.

Qərara əsasən evdə təhsil formasında təhsil prosesi sanitariya və gigiyena qaydalarına riayət olunmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil edilir.