“Son illərdə məktəblərdə 5 mindən çox müəllim kiberbullinqlə bağlı maarifləndiriliblər”.
Yenicag.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova “İctimai proseslər media müstəvisində” keçirilən keçirilən forumun “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” adlı panelində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yeni layihə 238 məktəbi əhatə etsə də, 78-ində aktiv şəkildə fəaliyyət göstərir.
“Azərbaycanda hər bir insan bu və ya digər şəkildə özü birbaşa təhsillə əlqəli olmasa da, ən azı ailə üzvündən biri təhsil alır. Bu baxımdan kiberbullinq məsələsinin nə qədər çox önəmli olduğunu anlatmaq istəyirəm. Gəlin baxaq, bizdə bullinqlə bağlı hər hansı təəsürat varmı? Və bullinq nə üçün təhlükəlidir. Bullinq qeyri-bərabər gücü olan insanların bir-birinə davamlı, mütamadi olaraq zorakılıq göstərməsidir. Qeyri-bərabər güc dedikdə, bunun tərifi olduqca çoxdur. Burada söhbət sosial, fiziki və yaş bərabərsizliyindən gedə bilər. Çox təəssüf ki, bullinqin nəticəsində insan öz həyatını itirə bilər. Təəssüflər olsun ki, biz bunun nəticəsini həm təhsil ocaqlarımızda, həm də icmamızda görmüşük”, – deyə o bildirib.
G.Səfərovanın sözlərinə görə, bullinqlə bağlı Elm və Təhsil Nazirliyinin özünün uşaq müdafiəsi siyasəti var:
“Uşaq müdafəsi siyasəti geniş anlayış olsa da, uçaq müdafiəsi idarəsi onun bir hissəsini görür. Qeyd edək ki, bu sahədə bir neçə layihə həyata keçririlib. Bu layihələr bullinqin səviyyəsinin azaldılması, eyni zamanda uşaq müdafiəsi siyasətinin uşaq müdafisəi siyasətinin xidmət mexanizmlərin doğruldulması məqsədlərini əhatə edib. Burada ilk növbədə kiberbullinq haqqında maarifləndirmədən söhbət gedir.
Məktəblərdə maarifləndirmə işinin aparılmasını nə qədər geniş aparıldığının müqayisə etməliyik. Çünki mktəblərdə ən önəmli olan təhsil və tərbiyə verməkdir”, – o əlavə edib.
O bildirib ki, son illərdə məktəblərdə 5 mindən çox müəllim kiberbullinqlə bağlı maarifləndiriliblər:
“Yeni layihəmiz 238 məktəbi əhatə etsə də, 78-ində aktiv şəkildə fəaliyyət göstərir. Digərlərində isə monitorinq həyata keçirir. Gələcəkdə təkcə Bakı, Sumqayıt Abşeron da deyil, regionlarda da monitorinq fəaliyyətinə başlamaq istəyirik”.
Məsimə Məmmədova