“Məktəblərdə telefondan istifadə qadağan edilə bilər” – Nazir

Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür.

Yenicag.az Report-a istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, hazırda məktəbə telefon gətirilməsini qadağan edən xüsusi qayda yoxdur: “Bu kimi məsələlər məktəbdaxili qaydalarla tənzimlənməlidir”.

Onun sözlərinə görə, ilin sonuna bu kimi müəyyən məsələlərin tənzimlənməsini özündə ehtiva edən qaydaların qəbulu planlaşdırılır:

“Dərs zamanı telefondan istifadə etmək olmaz. Kimsə üzərində məktəbə telefon gətirə bilər. Etik normalar çərçivəsində hər kəs davranışına fikir verməlidir. Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür”.

COP29