Yaxın gələcəkdə orta məktəblərdə Valideyn-Müəllim Assosiasiyalarına alternativ idarəetmə qurumunun yaradılması nəzərdə tutulur.
Yenicag.az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
“Qeyd edim ki, bu, məktəblərə sosial dəstək göstərilməsinə istiqamətlənən QHT kimi fəaliyyət göstərir. Bu qurumun fəaliyyətinə məktəb, məktəb müdiriyyəti, müəllim qoşula bilməz. Bu təşkilat yalnız valideynlərin könüllü arzusu ilə fəaliyyət göstərir.
Bu istiqamətdə həm məktəbin təşkilati, həm də inkişafı məsələləri, valideyn-müəllim, valideyn-məktəb fəaliyyətinin düzgün qurulması ilə bağlı ictimai təşkilatların yaradılması fikri müzakirə olunur. Bu istiqamətdə maraqlı təkliflər var. Yaxın gələcəkdə alternativ idarəetmə qurumu olacaq”, – deyə o bildirib.