Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Məktəblərdə virus təhlükəsi necə önlənəcək? – “Belə hallar müəyyən edilərsə...” – Emin Əmrullayev

“Məktəblərdə şagirdlərin hərarətlərinin gündəlik yoxlanması istiqamətində iş aparılacaq”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Təhsil naziri Emin Əmrullayev deyib.

Emin Əmrullayev bildirib ki, virusun yayılmasının qarşısını almaq üçün infeksiyanın vaxtında aşkarlanması, yoluxan xəstələrin təcrid edilməsi, onlarla təmasda olmuş insanların siyahısının müəyyən olunması vacibdir:

“Sözügedən hal müəyyən edilərsə, bunun valideynlərə və məktəb ictimaiyyətinə çatdırılmasında maraqlıyıq.

Hansısa uşağın, valideynin qızdırması varsa, həmin uşağın məktəbə gəlməməsinin tərəfdarıyıq. Bununla bağlı xüsusi qaydalar hazırlanır”.

Gülşən Şərif

 

www.yenicag.az

2856