!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəblərdəki ACINACAQLI DURUM: "Günah müəllimlərdədir, bizim dövrümüzdə..." - Sərdar Cəlaloğlu

!Reklam – Yazi

“Müəllim-şagird münasibətlərində böhranlı vəziyyət yaşanır”.

Bu fikirləri son dövrlərdə ölkə məktəblərində yaşanan xoşagəlməz hallara münasibət bildirən Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.

Sərdar Cəlaloğlu bildirib ki, yaşanan hallar müəllimlərlə birbaşa əlaqəlidir:

“Azərbaycanda məktəb sistemində çox ciddi problemlər var. Uşaqlar arasında narkomaniyanın geniş yayılması, cinayətlərin, intiharların olması – bunlar daha ciddi məsələlərdir. O cümlədən, müəllim-şagird münasibətlərində böhranlı vəziyyət yaşanır. Burada günah müəllimlərdədir ki, bizim dövrümüzdəki müəllimlər kimi özlərini yüksək səviyyədə aparmırlar. Şagirdlərlə, tələbələrlə hər cür münasibətə girir, rüşvət almaq üçün tələbələrlə hər cür dildə danışırlar.

Ümumiyyətlə, Təhsil Nazirliyinin bu sahədə fəaliyyəti çox pisdir. Məktəblərin yeri və ruhu düzgün deyil. Uşaq bilir ki, müəllim bundan asılıdır, pul istəyir, rüşvət alır, o da qarşılıqlı olaraq belə hərəkət edir”.

Aqil Bəkir

www.yenicag.az

491
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv