!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəblərin qarşısındakı QƏZALAR - Günahkar kimdir? - RƏY

!Reklam – Yazi

Bu gün 20 nömrəli orta məktəbin qarşısında qəza hadisəsi baş verib. Belə ki, avtobusdan düşən məktəbli qızı maşın vurub. Məsələnin qəribə tərəfi ondadır ki, bu tip insident ilk dəfə deyil ki, baş verir.

Bəs bu cür halların qarşısını necə almaq olar? Məktəb dayanacaqları ilə bağlı hansı alternativ yollar var?

Məsələ ilə bağlı Yenicag.aza açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bəzi məktəblərin qarşısındakı dayanacaqlar standartlara uyğun deyil:

“Bunu aradan qaldırmaq üçün səy göstərmək lazımdır. Amma heç nə etmirlər. Ümumiyyətlə, yol hərəkət qaydaları ilə bağlı təbliğat işlərinə də ehtiyac var.

Şagird bilməlidir ki, avtobusa necə minmək lazımdır, necə düşmək lazımdır. Çox təəssüflər olsun ki, məktəblərin qabağını valideynlər öz maşınları ilə zəbt edir.

Avtobuslar gəlib 2-ci cərgədə dayanır. Elə 20 nömrəli məktəbin qarşısında da eyni vəziyyətdir. Problem qarşılıqlıdır. Həm avtobus sürücüsünün, həm şagirdin, həm də dayanacağı zəbt edən nəqliyyat sahibinin də günahı var”.

Şahanə Paşa

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv