Məktəbli avtobusu aşdı, 30 şagird yaralandı

241820Türkiyənin Şanlıurfa əyalətinin Bozova rayonunda məktəbliləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 31 nəfər yaralanıb.

Report xəbər verir ki, bu haqda “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, yaralanan 30 məktəbli və sürücü Şanlıurfa şəhərindəki xəstəxanaya yerləşdirilib.