Rusiyanın Kaluqa vilayətində uşaqları daşıyan avtobus qəzaya uğrayıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 4-ü uşaq 7 nəfər həlak olub, 33 nəfər yaralanıb.
Yaralılar müxtəlif xəstəxanalara yerləşdirilib. Onlardan 27-nin uşaq olduğu bildirilir.