Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Məktəbli formaları ilə bağlı nazirdən AÇIQLAMA

“Azərbaycanda məktəbli formaları bir neçə çeşiddə olacaq”.

Yenicag.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaxın vaxtlarda Nazirlər Kabineti nümunəvi məktəbli formalarını təsdiq edəcək: “Bir sıra məktəbli formaları olacaq. Bu proses yaxın bir neçə ay ərzində həyata keçəcək. Həmin məktəbli formalarının çeşidləri təsdiqləndikdən sonra məktəblər onların əsasında seçim həyata keçirə biləcəklər”.

Təhsil naziri xatırladıb ki, hər bir məktəbin daxilində vahid məktəbli formasının olması qanunvericilikdə də nəzərdə tutulub: “Yəni, vahid məktəbli formasının tətbiqi ilə bağlı böyük dəyişikliklər edilməyib. Sadəcə olaraq indiki norma onu ehtiva edir ki, hər bir məktəb öz formasını özü təsdiq etmir. Bir daha deyirəm ki, məktəbli formaları ilə bağlı müxtəlif nümunələr hökumət səviyyəsində təsdiq olunacaq və məktəblər də onlardan birini seçəcəklər”./Report/

www.yenicag.az

3750
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM