!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəbli formalarının keyfiyyəti NARAZILIQ YARATDI: "Hazırlanan geyim gözləntiləri doğrultmursa..."

!Reklam – Yazi

Hər il yeni dərs ilinin başlanması ərəfəsində dərsliklər və məktəbli formaları ilə bağlı ictimai müzakirələr aparılır. Bu il də istisna deyil. Valideynlər, xüsusən məktəbli formalarının materialının keyfiyyətsiz və baha olmasından narazıdırlar.

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında bildirib ki, məktəbli formalarının dəyişdirilməsinə hansı amillərin təsir etdiyi açıqlanmır və bu, çaşqınlıq yaradır:

“Bu il qızğın müzakirələr daha çoxdur. Çünki məktəbli formaları dəyişdirilib. Formaların dəyişdirilməsi çox gərəksiz və uğursuz bir addımdır. Mövcud məktəbli formalarının keyfiyyəti və görünüşü kifayət qədər qənaətbəxş idi. Bu formadan yaxa qurtarmaq istəyinin arxasında hansı səbəblərin durduğu olduqca müəmmalıdır. Yeni tətbiq olunan məktəbli formaları həm sayına görə baha başa gəlir, həm də keyfiyyəti ilə bağlı narazılıqlar çoxalır. Artıq yeni məktəbli forması əldə edən valideynlər sosial şəbəkələrdə paylaşım edərək keyfiyyətdən narazı olduqlarını açıq şəkildə bildirirlər.

Halbuki Təhsil Nazirliyi yeni məktəbli formalarının keyfiyyətli olduğunu vurğulayırdı. Nazirlik bu iddiaya adekvat geyim istehsal etməli idi. Əgər hazırlanan geyim gözləntiləri doğrultmursa, deməli, məqsəd Bakı Tikiş Evinin istehsal etdiyi yararsız geyim müqabilində yüksək gəlir əldə etmək istəyidir”.

Gülşən Şərif

www.yenicag.az

793
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv