Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Məktəbli forması alarkən diqqətli olun – VİDEO  

Məktəbli formaları, çantalar, dərs ləvazimatları müxtəlif obyektlərdə fərqli qiymətlərlə satışa çıxarılıb.

Yenicag.az ARB TV-yə istinadən xəbər verir ki, məktəb bazarlığının daha çox vəsait tələb edən hissəsi isə məktəbli formalarıdır.

Mütəxəssislər xəbərdarlıq edir ki, saxta formalar həm valideynlərin cibinə, həm də şagirdlərin sağlamlığına ziyan vurur.

Eyyub Hüseynov (ekspert): “İstehlakçılardan gələn zəngləri ümumiləşdirmək keyfiyyət lazımı səviyyədə deyil. Ölkənin əmtəə bazarında keyfiyyətsiz formalar var, bunları ayırd etmək asandır. Pis qoxu, rəngi çıxır və s”.

Məktəbli formalarının qiyməti yaş qruplaırna görə dəyişir. 1-ci sinifdən 6-cı sinifə qədər olan yaş qruplarına formalar 39 manata, 6-cı sinifdən yuxarı şagirdlərə isə 45 manata təklif olunur.

Çantalar 8 manatdan 56 manata kimidir. İş dəftərlərinə 10 %, 20 isə gündəliklərimizə endirim var.

Təxmini hesablamalara görə, aşağı sinif şagirdin bazarlığına 100, yuxarı sinif şagirdinin alış-verişinə isə 150 manat lazımdır.

Yenicag.az

www.yenicag.az

705
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM