Məktəbli qızlar itkin düşdülər

Gəncə və Tovuzda 14 yaşlı qızlar itkin düşüblər.

Yenicag.az xəbər verir ki, Gəncə şəhəri Xətai prospektində yaşayan, 2009-cu il təvəllüdlü Türkan Qurbanova ötən gün yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Tovuzun Aşağı Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü Gülay Bayramova da ötən gün yaşadığı evdən naməlum istiqamətə gedərək itkin düşüb.
Hər iki fakt üzrə araşdırma aparılır./apa