Məktəblilər 20 Yanvar şəhidlərini belə yad etdilər – VİDEOÇARX

245 nömrəli məktəbin 1 A sinif şagirdləri 20 Yanvar şəhidlərini ehtiramla yad edib.

Yenicag.az xəbər verir ki, müəllimə Gülməmmədova Şəhranın təşəbbüsü ilə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videoçarx hazırlanıb.

Videoçarxda şagirdlər xalqımızın azadlığı uğrunda canlarını fəda edən həmvətənlərimizin – 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edib. Məktəblilər ürək sözlərini söyləyib. Daha sonra şəhidlərin ruhu bir dəqiqə sükutla yad olunub.

Videonu təqdim edirik: