!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəblilər arasında dava: bıçaqlanan var

!Reklam – Yazi

Qazax rayonunda məktəblilər arasında dava düşüb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb.

Belə ki, 16 yaşlı iki orta məktəb şagirdi arasında mübahisə əlbəyaxa davaya çevrilib. Daha sonra onlardan biri bıçağa əl atıb. Bu zaman mübahisə edənləri ayırmaq istəyən yeniyetmə əl və bilək nahiyəsindən bıçaq xəsarətləri alıb.
Mübahisənin hansı səbəbdən düşdüyü isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

www.yenicag.az

1551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv