Məlumat üçün bildiririk ki, 23 noyabr 2023cü il tarixdə Bakı şəhəri Gənclər və İdman İdarəsinin və Gənclərin Töhfəsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Məktəblilər arasında istehlakçı hüquqları və qida təhlükəsizliyinin təbliğinə dair seminar keçirildi.
Sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının sədri Məhsəti Hüseynova sağlam və düzgün qidalanma, yuxu rejimi, fiziki aktivlik, mənşəyi bilinməyən, keyfiyyətsiz, standartlara cavab verməyən, uyğunluq sertifikatı olmayan və müxtəlif qatqılı yeyinti məhsulları, qida qatqı maddələri barədə geniş məlumat verdi.
Daha sonra sağlam qida təbliğatçısı, Qida Təhlükəsizliyi Hərəkatının həmtəsisçisi Asim Vəliyev məktəblilərə qida zəncirinin mərhələləri, qida qaynaqlı xəstəliklər, qida seçərkən diqqət ediləcək məqamlar barədə məlumat verdi.
Həmçinin məktəblilərə layihə çərçivəsində hazırlanmış hədiyyə paketi təqdim olundu.