Məktəblilər üçün yalnız gündüz işləyən telefon istehsal edildi

Yaponiyada “Tona Mobilya” firması yalnız gündüzlər işləyən “ağıllı” telefon istehsal edib.

Trend-in məlumatına görə, “Tona m17” adı verilən və ibtidai siniflərdə təhsil alan uşaqların ekranabaxma müddətini məhdudlaşdırmaq məqsədilə yalnız gündüz saatlarında işləyən telefon valideynlərin uşaqları ilə gün ərzində ünsiyyət qurmalarını təmin edəcək, həmçinin həddindən artıq istifadə ilə bağlı yan təsirləri aradan qaldıracaq.

Qeyd edək ki, telefon avtomatik olaraq bağlanma və mesajlaşmanın məhdudlaşdırılması kimi xüsusiyyətlərə də malikdir.

Yenicag.Az

COP29