!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəblilərə tətbiq olunacaq QADAĞALAR: “Şagird dərsə qısa ətək, hündürdaban ayaqqabı ilə gəlirsə…” - Sosioloq RƏYİ

!Reklam – Yazi

Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” ilə bağlı hazırlanan layihədə şagirdlərə tətbiq olunacaq qadağalar hələ də ictimaiyyətdə geniş müzakirə mövzusudur. Bu qadağalarla razılaşmayanlar da var, təqdir edənlər də.

Sosioloq Əhməd Qəşəmoğlu Yenicag.az-a açıqlamasında bu qadağaların tətbiqinin vacib olduğunu bildirib. Lakin bu qaydaların sərt qanun formasında tətbqinə qarşı çıxıb:

“Məktəbdə məktəb mühiti olmalıdır. Elm və Təhsil Nazirliyinin tətbiq etmək istədiyi qaydalara böyük ehtiyac var. Amma bu qaydaları “bunu et, bunu etmə” kimi sərt tələb şəklində tətbiq etmək olmaz. Bu qadağaları tədricən tətbiq etmək lazımdır ki, məktəblərin özü bu işi həvəslə yerinə yetirsin. Çünki dövr, zaman dəyişib. İndiki məktəblə 50 il əvvəlki məktəb arasında fərq böyükdür. İnsanların özünü formalaşdırmaq lazımdır, təbliğat-maarifləndirmə işi aparılmalıdır. Məktəblərdə ən aktual məsələ sosial iş xidmətidir. Təəssüf ki, bu gün məktəblərdə sosial iş xidməti yox səviyyəsindədir. Əgər sosial iş xidməti olarsa, bu kimi məsələlər də rahatlıqla həllini tapar. Digər tərəfdən, məktəblərdə elə mühit olmalıdır ki, şagirdin diqqəti dərsdən yayınmasın. Əgər şagird məktəbə qızıl zinət əşyaları istifadə edərək, yaxud da, makiyajla, uzun dırnaqlarla, çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətəkdə gəlirsə, istər-istəməz o diqqət mərkəzində olmağa çalışacaq. Bu, oğlan şagirdlərə də aiddir. Oğlanların saqqalda, eləcə də bahalı qol saatı, telefon və digər aksesuarlarla məktəbə gəlməsi düzgün deyil. Bununla da onun fikri dərsdən yayınacaq, həmçinin digər şagirdlərin də diqqətini özünə cəlb etməklə onların da fikrini dərs prosesindən yayındıracaq. Tətbiq olunan bu qadağaların da təməlində də elə bu prinsip dayanır”.

Qeyd edək ki, yeni layihədə şagirdlərə tətbiq olunan qadağalar bunlardır: çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal.

Cəvahir

www.yenicag.az

372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv